Aloe (Gözəllik və sağlamlıq deməkdir)

aloe

Allahın biz insanlara verdiyi nemətlərdən biridə aloedir. Aloe bitkisinin bəzi xüsusiyyətləri insanın dərisinə oxşardır.İnsan bədənindəki 22 aminturşunun 20-si aloenin tərkibində vardır. Aloe yeganə bitkidir ki, bitkinin PH (qələvilik) göstəricisi insanın dərisinin qələvilik göstəricisi ilə eynidir, bu nə deməkdir deməli biz aloeni dərimizə sürtdükdə bizim dəri üstü mühitimiz dəyişməyəcək olduğu kimi qalacaq bunun kosmetologiyada çox böyük önəmi vardır, bunu unutmayaq. Aloeni dərin, yarpaq nə qədər böyük olsa o qədər yaxşıdır əvvəlcə kənar tikanlarını kəsib atın sonra baş və quyruq hissədən 4-5 santım da kəsib atın, sonra 2-3 santımlıq yarpaq uzununa dilimləyib, alt üst qabıqlarını soyaraq orta gelini çıxarıb bir bankaya yığın, bizə lazım olan həmin bu geldir. Geli gündə 2-3 dəfə dərinizə sürtün, hər yerinizə sürtə bilərsiniz, bu gel qədər dünyada dəriyə canlılıq verən ikinci bir vasitə yoxdur zaman-zaman sürtdükcə dəridəki ölü hüceyrələr təmizlənəcək, yerinə daha təravətli dəri gələcək, dərinizin gündən günə canlandığını görəcəksiniz bütün dəri xəstəlikləri üçün mükəmməldir (ekzema, dəmrov, herpes, dəri uçuqları və sair). Dərini yumşaldır, nəmləndirir, canlandırır. Dərinin nəfəs alması üçün, dəri dəliklərini genişləndirir, aloenin zəngin təbii tərkibi dərinin iç qatlarına keçərək qidalanmasını yaxşılaşdırır. Aloe ilə dəri ləkələrindən də azad ola bilərsiniz beləki geli dəri ləkələrinə gündə 3 dəfə sürtməklə ləkələrdən azad ola bilərsiniz.

Aloeni daxilədə də qəbul edə bilərsiniz, əgər daxilə qəbul etmək istəsəniz onda aloe yarpağını dərəndən sonra soyuducunun buzxanasında 7-8 gün saxlayın sonra yazdığım kimi gelini çıxarıb istifadə edə bilərsiniz. Gelin həm özünü içə bilərsiniz, həm də bal ilə qarışdırıb şərbət hazırlayıb içə bilərsiniz beləki 500 qram bala 400 qram gel qarışdırıb soyuducuda saxlayın gündə 3 dəfə yeməkədən 1 saat öncə 1 xörək qaşığı için. Öd istehsalını artırır, öd və mədədəki poliplərə faydalıdır, dəridəki sarılığı aradan qaldırır, xroniki qastrit və kolitdə faydalıdır amma mədə yarası və ya bağırsaq yarasında istifadəsi yolverilməzdir. Babasil üçün faydalıdır beləki daxilə qəbul etdikdə, yüngül işlədici təsir edir qəbizliyi aradan qaldırır. Qadınlarda adət qanamasının miqdarını artırır, geli alma sirkəsinə qarışdırın və o qədərdə su əlavə edib saç diblərinə vurun saç tökülməsi üçün mükəmməl bir çarədir. Uzun zaman antibiotik vurdurduqdan sonra daxildə əmələ gəlmiş daxili göbələkləri məhv etmək üçün aloe şirəsinin içilməsi çox faydalıdır.

Hepatitlərin bütün növlərində istifadəsi yaxşı nəticə verir beləki gelin içilməsi qaraciyəri dağılmaqdan qoruyur, bərkimiş qaraciyəri yavaş-yavaş yumşaldır, yüksəlmiş xolesterini və bilrubini aşağı salır. Ağızda çıxan sağalmaz yaraların müalicəsi yenə də aloe ilə müalicə olunur beləki gelin ağızda bir neçə dəqiqə saxlanılması, ağız yaraları əmələ gətirən bakteriyaları öldürür. Aloe geli şəkər xəstələri üçün də faydalıdır çünki aloedən istifadə etdikdə sağalmaz yaraların daha sürətlə sağaldığını görəcəksiniz həm də qanda şəkərin yüksəlməsinin qarşısını alır. Aloe qan dövranını yaxşılaşdırır bununla da şəkər xəstəliyində əmələ gəlmiş qan dövranı pozulmasında, reyno xəstəliyində çox effektli təsir göstərir. Sonda hamilə xanımlar, süd verən analar, mədə bağırsaq yaraları olan insanlar, adət halında olan xanımlar aloe bitkisindən istifadə etməməlidirlər. Aloeni hər birimiz dibçəklərə əkərək ondan geniş istifadə edə bilərik.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.