Anemiyanın (qanazlığının) müalicəsi

anemiya

Dəyərli dostlar, anemiyaların bir çox müalicə üsulları vardır. Mənim təklif etdiyim resept belədir:1 kq qırmızı çuğundur, 1 kq bal, olmasa 750 qram şəkər tozu, 8-10 ədəd limon götürülür.

Əvvəlcə çuğundur soyulur və nazik-nazik dilimlərə doğranır kağız nazikliyində olmalıdır, sonra limon da soyularaq (yaxşı olar limonun yarısı soyulmasın qabıqlı rəndələnsin) dilimlənir. Şüşə balona əvvəlcə çuğundur dilimləri qoyulur, üstünə şəkər tozu səpilir, sonra limon, yenə də üzərinə şəkər tozu və ya bal əlavə edilir və beləcə ərzaqların hamısı əlavə edilir, soyuducuda saxlanılır. 3-4 gündən sonra gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı içilir. (mətli olan hissələr yeyilir).

Təklif etdiyim resept anemiyanın bütün növlərində, dəmir və mineral çatışmazlığında, yüksək xolesterində, qəbizlikdə və ümumiyyətlə, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırmaq üçün əla bir vasitədir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.