Bitkilər və sağlamlıq haqqında hədislər

bitkilər meyvə tərəvəzlər

Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) bəzi bitkilərin və qida məhsullarının faydaları haqqında geniş və dəyərli məlumatlar vermişdir. Onların bir qismini toplayıb sizə çatdırmaq istədim:

  • Xına – xınaya davam edin, saçlarınızı parladır möhkəmləndirir, insan bədəninə qüvvət verir. Ayağımız ağrıyır deyənlərə xına qoy, deyə, buyruldu.
  • Mərcimək – mərciməyi yeməyə davam edin, mərcimək və yemişi peyğəmbərlər həmişə tərif etmişlər.
  • Heyva – heyva yeyin, heyva sıxıntını aparar, köksünüzdəki bəlğəmi təmizlər, qəlbə qüvvət verər, hamilə qadın yeyərsə doğulan uşağı gözəl olar.
  • Yumurta – yumurta yeyin, yumurta bədən zəifliyini aradan qaldırar, bədəni qüvvətləndirər.
  • Əncir – əncir yeyin, əgər məndən cənnətdən hansı meyvə gəlmişdir soruşsaydılar, mən əncir deyə cavab verərdim. Əncir babasili aradan qaldırar, bağırsaqları yumşaldar. Hər kəs ürəyinin düz çalışmasını istəyirsə, əncir yeməyə davam etsin.
  • Xardal – xardal və acı tərə toxumuna qiymət verin, Allah C.C. onları hər dərdə şəfa qılmışdır.
  • Sarımsaq – çiy sarımsaq yeyin, əgər mən həzrəti Cəbrayılla görüşməsəydim, mən də yeyərdim. Sarımsaq 70 dərdə dərmandır.
  • Kəklikotu, mirra (ətirli qətranı bol olan ağacdır) (bəzi məndəələrdə kəklikotudur), yovşan – evlərinizi bu bitkiləri yandıraraq tüstülədin.
  • Nar – narı pərdəsi ilə birlikdə yeyin, pərdəsi ilə birlikdə yeyilmiş nar mədəni təmizlər. Narların içində elə bir nar yoxdur ki, içində cənnətdən bir gilə olmasın.
  • Düyü – yerdə bitən hər bir şeydə şəfa və zəhər vardır, düyüdə isə yalnız şəfa vardır. Bu hədis bəzi mənbəələrdə səhih deyil.
  • Nərgiz – nərgiz çiçəyini qoxlamağa davam edin, cüzamdan əmələ gəlmiş ürək sıxılması və dəliliyi nərgiz qoxusundan başqa heç nə apara bilməz.
  • İnək südü – inək südünü için, inək südü şəfa yağı, dərdlərə dərmandır.
  • Reyhan – reyhan çiçəyi kimə verilsə alsın, daşınması yüngül, qoxusı gözəldir, reyhan yemək qəlbi qüvvətləndirir.
  • Kasnı – kasnını yumadan yeyin, çünki cənnətdən üzərinə hər gün su damlası düşür (və ya cənnət mələklərinin suladığı bitkidir).
  • Ət – ət yemək insanın əxlaq və cəmalını gözəlləşdirir, dünya və axirət yeməklərinin başı ətdir (başqa hədislərdə isə hər gün ət yemək bəyənilmir, əti ara-sıra, az-az yemək tövsiyə olunur)
  • Göbələk – 3-5 ədəd göbələyi sıxdım, suyunu ağrıyan bir kənizin gözlərinə sürmə kimi çəkməyi söylədim, göz ağrıları keçdi. İnsanın əkib biçmədiyi göbələyin suyu göz xəstəliklərinin dərmanıdır.(bu daha doğrsu dombalan göbələyinə aiddir)
  • Zeytun yağı – ağciyərinə su yığılanlara peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) zeytun yağı içməyi və ardıcdan istifadə etməyi məsləhət görmüşdür. Başqa bir hədisdə plevrit zamanı zeytun yağı ilə udi hindini məsləhət görmüşdür. Zeytun yağını için və bədəninizi yağlayın, çünki zeytun ağacı mübarək bir ağacdır.
  • Qara zirə və ya çörəkotu – qara zirəyə qiymət verin, çünki qara zirə ölümdən başqa hər dərdə dəvadır.
  • Udi hindi – udi hindini qiymətləndirin, o, 7 dərdə çarədir, müalicələrin ən yaxşısı hicama və udi hindi ilə müalicədir.
  • Balqabaq – balqabaq və arpa peyğəmbərlər yeməyidir. Balqabaq yemək damağı qüvvətlədirir, ağlı dərinləşdirir. Ey Ayişə, şorba bişirdiyiniz zaman balqabağını çox qoyun. Balqabaq üzüntülü insanların könüllərini qüvvətləndirir.
  • Kül – Uhud savaşında peyğəmbərimiz (səlləllahu aleyhi vəsalləm) başından yaralanır, həzrəti Əli (Allahın salamı üzərinə olsun) su daşıyır, Fatimə anamız (Allah ondan razı olsun) isə axan qanı yuyurdu, amma qan durmurdu, bu zaman Fatimə anamız bir bez parçasını yandırır və qanayan yaranın üstünə qoyur, qan kəsir.
  • Təlbinə şorbası – təlbinə şorbası bir pəhriz yeməyidir, xəstəliklər zamanı yeyilərsə çox şəfalı olur. Şorba mədəni qüvvətləndirir, insanın xəstəlik vaxtı düşdüyü sıxıntını azaldır. Təlbinə şorbası qurumuş bağırsaqları nəmləndirir və yaxşı işlədir.
  • Şorbanın hazırlanması: Kəpəkli una bal və süd əlavə olunub bişirilir.
  • Bal – 2 şəfa qaynağına davam edin, onlar Quran və baldır. Halal qazancla bal alınarsa və yağış suyu ilə şərbət hazırlanıb içilərsə, ölümdən başqa hər dərdə dərmandır. Səhabələrdən biri ishal olub, çarə istədiyi zaman peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) soyuq bal şərbəti içməsini məsləhət görüb.
  • Çörək – çörəyə diqqət edin, çörəyi uca Allah göylərin bərəkətindən endirmişdir.
  • Lobya – bir kimsə paxla yeyərsə yediyi lobyaların sayı qədər bədəndən xəstəliklər çıxar.
  • Sizlərə Səna otu ilə kərə yağını, adi zirə ilə bal qarışımını yeməyi tövsiyə edirəm, bunlar ölümdən başqa hər dərdə dərmandır. Əgər ölümün çarəsi olsaydı, o səna olardı.
  • Dəvə südü – otlayan dəvənin südü əsəb pozulması üçün çarədir.
  • Yemiş – yeməkdən öncə yeyilmiş yemiş qara  qanı yandırar, xəstəlikləri aparar.
  • Kəvər – peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) babasil xəstəliyi olan İbn Abbasa kəvər çiçəklərini yığıb döyməyi, sonra sulandırıb içməyi məsləhət görmüşdür.
  • Cəfəri – yatmazdan əvvəl cəfəri yemək yuxunu dərinləşdirir.
  • Sirkə – sirkə nə gözəl bir qatqıdır. Allahım sirkəni bərəkətləndir, çünki sirkə məndən əvvəl gələn peyğəmbərlərin də qatqısı idi, sirkəsi olan ev qatqı əziyyəti çəkməz.
  • Üzüm – üzüm yeyin, yorğunluğu aparır, sinirləri qüvvətləndirir, öskürəyi aradan qaldırır, bir insan gündə 21 ədəd quru qara üzüm yesə vücudunda xoşlamadığı bir şey qalmaz.
  • Zəmzəm suyu – Zəmzəm suyu hansı niyyətlə içilərsə onun üçündür, əgər şəfa tapmaq niyyətilə içilərsə şəfa verər, susuzluğu aparmaq üçün içilərsə susuzluğu aparar, aclığı aparmaq üçün içilərsə doyurar, çünki o su – Uca Allah Həzrəti İsmailə içirtdiyi mübarək bir sudur və Həzrəti Cəbrailin ayağı ilə qazıb çıxardığı bir sudur.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.