Çiyələyin faydaları

Çiyələyin faydaları

Çiyələk, alça, gilas – bunlar yazın müjdəçisidir desək, yanılmarıq. Azərbaycanda bir neçə növdə çiyələk yetişir. Nəzər yetirmisinizsə, Qubada bitən çiyələk Cəlilabadda bitmir və s. Çiyələyin həm meyvəsi, həm yarpaqları, həm də saplaqları faydalıdır. Yaxşı olar ki, çiyələk alanda tələsməyəsiniz, çünki təbii çiyələklə istixanada bitən çiyələyin antioksidant təsirlərinin arasında 20 dəfəyə qədər fərq vardır, yəni 20 kiloqram parnikdə yetişən çiyələk heç 1 kilo təbii çiyələk qədər təsirli deyil.

Çiyələk qaraciyərin və böyrəklərin strukturunu və fəaliyyətini bərpa edir, qanda səviyyəsi yüksələn ziyanlı xolesterini aşağı salır, xeyirli xolesterini isə yüksəldir. Çiyələk böyrək, sidik yollarının iltihabını aradan qaldırır, tərkibi C vitamini ilə zəngindir. Çiyələkdən bol-bol yeyənlərin qocalanda yaddaşı zəifləmir və onlar Alsheymer xəstəliyinə tutulmurlar. Tərkibindəki A vitamini hesabına gözün görmə qabiliyyətini yaxşılaşdırır. Qəbizlikdən əziyyət çəkənlər üçün də çiyələk yemək faydalıdır. Çiyələk yüksəlmiş qan təzyiqini aşağı salır, zəngin antioksidant mənbəyi olduğundan xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə aşağı salır, dərini hamar və parlaq edir. Çiyələk ürək və qan-damar problemi olanlar üçün bir şəfa mənbəyidir. Uşaqlarınıza bu meyvəni sevdirin, çünki çiyələkdə böyüməkdə olan orqanizm üçün lazım olan çoxlu minerallar və vitaminlər vardır.

DİQQƏT: Çiyələyin tərkibində oksalat turşusu çox olduğundan böyrək və öd daşları olanlar ehtiyatla istifadə etməlidir. Uşaqlara bir dəfəyə çox qəbuluna icazə verməyin, allergiya verə bilən meyvələr qrupuna aiddir.

Çiyələyin tərkibində salisilatlar mədə turşuluğunu artırır, qastrit və duodenit zamanı tam yetişmiş çiyələk yeməkdən 2 saat sonra yeyilməlidir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.