Darının faydaları

darının faydaları

Bu gün darı haqqında məlumat vermək istərdim. Mən çox təəssüf edirəm ki, Azərbaycan mətbəxində darıdan demək olar ki, heç istifadə olunmur. Darını ” quş yemi” kimi tanıyırlar. Ancaq darı dünya xalqları tərəfinfən buğda və düyüdən sonra istifadə olunan 3- cü bitki sayılır. Əvvəllər onu ” qızıl dən” adlandırırdılar. Darı şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O, buğda ilə müqayisədə eneri dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir. Darının tərkibi zülallar, yağlar, liflər, B qrupu və PP vitaminləri , kalium, kalsium, ftor və maqneziumdan ibarətdir. Tibbdə darı gücü artırmaq, möhkəmləndirici məqsədlə qəbul edilir. Darı əzələ sisteminin möhkəmlənməsinə səbəb olur. Bu səbəbdən əməliyyat keçirmiş və ya uzun müddət xəstə olan, eləcə də sağlam arıqlamaq istəyənlərə darıdan istigadə etməyi tövsiyyə edərdim. Darı yeməkləri ilə qidalanmaq orqanizmdən antibiotik artıqlarının və toksinlərin xaric olunmasını sürətləndirir. Zəngin  tərkibinə görə beyin inkişafı, saç tökülməsi və dəri üçün də olduqca faydalıdır. Darı qastritdə, kolitdə, böyrək kistaları və müxtəlif mənşəli böyrək daşları və öd daşı xəstəliklərində, həmçinin şiş və şəkər xəstəliklərində istifadəsi faydalı olan dənli bitkidir.  Qeyd etdiyim kimi, darı qidalı liflərlə zəngindir. Bu liflər həzm olunmur. Bağırsaqlara düşdükdə liflər şişir və burada yığılan ziyanlı maddələri (toksinlər, şlaklar, ağır metalların duzları və s.) özünə hopduraraq çölə çıxardır. Bu isə orqanizmin təmizlənməsinə, immun sisteminin möhkəmlənməsinə, dərinin, saçların vəziyyətinin yaxşılaşmasına kömək edir. Deməli, onun müxtəlif hazırlanma üsulları vardır.

Siz bunlardan birini istifadə edə bilərsiniz:

  • 3 stəkan suda 1 stəkan darı tökülür. 24 saat saxlanılır və sonra blenderdən keçilərək qəbul olunur.
  • 1 liyr suya 1 stəkan darı əlavə olunub, 15 – 20 dəqiqə qaynanılır. Həmin dəmləmə gündə 3 dəfə ½ stəkan olmaqla qəbul edilir.
  • Darı yarmasından dadlı və faydalı sıyıq hazırlamaq üçün 1 stəkan darı yarması üçün 2 stəkan su və 2 stəkan süd götürülür. Əvvəl yarma yaxşı yuyulur və suda su azalana qədər bişirilir. Daha sonra süd əlavə olunur və hazır olanana qədər bişirilir.

Sonda duz, şəkər tozu, yağ əlavə olur. Darı sıyığı qaraciyər üçün də çox faydalı qidadır. Ancaq pəhriz saxlayanlar yarmanı hazırlayarkən yağ əlavə etməsinlər. Sıyığa yağsız kəsmik və ya kişmiş də əlavə etmək olar.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.