Darvinin Təkamül nəzəriyyəsinə inananlar (sadəcə savadsızdırlar)

darvin

Salam aleykum. Axır vaxtlar sosial şəbəkələrdə təkamülçülərin aktivləşməsini görürük. Maraqlıdır ki, guya Darvin nəzəriyyəsinə inananlar savadlılar, inanmayanlar isə savadsız və mövhumatçıdırlar. Amma nəyə və nəyə görə inandıqlarını düşündülərmi görəsən, səbirlə yazdıqlarımı oxusanız, bu nəzəriyyə yalandan, əsl cahillikdən və əstəğfürilləh Allahı inkar etməkdən başqa bir şey deyil. Bu nəzəriyyənin davamçıları bu yazdıqlarımı oxuyun və səbirlə yazdığım izahlara cavab verin, bütün dialoqlarla müzakirəyə hazıram.

  1. Cansız aləmdən canlı hüceyrənin əmələ gəlməsi. Elmin zəif olduğu vaxtlarda düşünülürdü ki, ət və ya dəri çürüyəndə üstündə qurdlar əmələ gəlir və ya yeyəcəklərin üstündə əmələ gəlmiş həşəratlar və sairə kimi belə hadisələr öz-özünə əmələ gəlirsə, nədən cansız aləmdə canlı hüceyrə əmələ gəlməsin, amma elm inkişaf etdikcə məlum oldu ki, süfrələr və yumurtalar olmasa heç bir çürüntüdən heç nə əmələ gəlmir, deməli, bu nəzəriyyə başdan yalan üstündə qurulub.
  2. Təbiətdə heç bir amin turşu və zülalların olmadığı vaxtlarda cansız aləmdən bunlar necə əmələ gəldi (xatırladım ki, zülal sintezi özü çox mürəkkəb məsələdir). Hüceyrənin qidası da üzvi birləşmə olmalıdır, qidasız bu hüceyrə necə böyüdü və necə çoxaldı , bu da boş söhbətlərdən biridir.
  3. Atmosfer qatının əmələ gəlməsi nəzəriyyəsi başdan-başa cəfəngiyyatdır.
  4. Təkamülçülər özlərini elm adamı kimi qələmə versələr də, nəzəriyyənin heç bir yerində elm yoxdur, bu heç nəzəriyyədə yoxdur, boş bir xülyadır. Əgər nəzəriyyə düzdürsə, nəzəriyyədə müşahidələr yoxdur, təkrarlar yoxdur, ölçülər yoxdur və sair, əgər bu nəzəriyyə varsa, bunlar da olmalı idi, amma yoxdur.
  5. Yer kürəsinə doğru hərəkət edən meteroidlər guya sürətlə hərəkət edəndə sadə bakteriyalar əmələ gətirirmiş və bu bakteriyalar həyatın başlanğıcı ola bilərmiş, yenə də elm inkişaf etdi və məlum oldu ki, burda heç bir bakteriyadan söhbət gedə bilməz, bunlar qeyri -üzvi maddələrdir.
  6. 1912 ci ildə C. Davson adlı filosof guya insanla meymun ortasında olan bir skelet tapdı. Bu skeletin başı insana çənəsi isə meymuna oxşayırdı, bu tapıntı böyük bir səs qopardı ki, gördünüzmü bu da sübut, maraqlısı o idi ki, heç kimi bu skeletə yaxın qoymurdular ki, nadir eksponatdır. Amma Alman alimləri sübut etdilər ki, bu adi insan skeletidir ,sadəcə çənəsini çıxarıb meymun çənəsi taxmışlar, vəssalam.
  7. İnsan geni daşıyıcısı xromosomlar bilirik ki, insan oğlunda 23 cüt xromosom vardır, bunları nəinki biri çatmayanda insan dəyişir, hətta birində zəif qüsur olanda bu insan hərəkətlərində bilinir, necə oldu insan bu qədər kamilləşdi, 46 xromosoma malik oldu. Nəzəriyyə düzdürsə 20-30 xromosomlu varlıqdan insan olmaz, əgər bu xromosomlar belə kamilləşirsə indi niyə yoxdur. Maraqlısı budur ki, elm inkişaf etdikcə bu nəzəriyyə çürüyür və yalanlar ortaya çıxıdğı halda, bu nəzəriyyənin davamçıları özlərini elm adamı kimi tanıdırlar. Siz hansı elmin davamçılarısınız deyə bilərsinizmi.

Nə isə əziz oxucu, belə misalları yüzlərcə yazmaq olar, hələ ən sadələrini yazdım. Adi bir hüceyrənin daxili böyük bir şəhər kimidir, bir dünyadır, bu dünyanın sahibi vardır, sahibsiz dünya olmaz,  ola da bilməz.  Bəlkə də, anlamadan bu yola baş vurmuş cavanlarımız bu dünyada qəlbinizi, o dünyada isə üzünüzü qara etməyin. Haqqın varlığını tanıyın.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.