Faydalarını saymaqla bitməyən məcun

faydalı məcun

Bu qarışımın  tükınməz faydalarını qarışımı içdikcə görəcəksiniz. Qarışım qan dövranını normallaşdırır. Qan azlığını aradan qaldırır. Bədən soyuqluğunu götürür, qanı durulaşdırır,  beyin qan dövranını yaxşılaşdırır, immunteti gücləndirir, xolesterini aşağı salır, ürəyi rahiyəlındirir, ürək çatışmazlığında faydalıdır, revmatizmdə və revmatoidli poliartritdə , reyno xəstələri üçün faydalıdır. Göz zəifliyində, əllərin əsməsində, zob xəstəliyində, hormonal pozğunluqlarda, prostat hiperplaziyalarında, qadın xəstəliklərində adət pozğunluqlarında, marstopatiyalarda ağ ciyər xəstəliklərində bronxitlərdə, faringitlərdə, pnevmoniyalarda, buzlu şüşə sindromunda həm uşaqlar, həm qadınlar həmdə kişilər üçün faydalıdır. Məcunu gündən günə içdikcə faydalarını görəcəksiniz. 

Lazım olanlar:

  • Bal 1 kq 
  • Təzə zəncəfili 500 qram
  • Ud hindi tozu 200 qram
  • Təzə reyhan 15 ədəd.
  • Limon şirəsi 1 stəkan.

Əvvəlcə bal ilə ud hindi tozunu Bal ilə qarışdırıb qara kağıza vəya adi qəzet kağızına büküb pəncərəyə qoyun ki üzərinə günəş düşə bilsin 10 gün gündə bir iki dəfə qarışdırmaq lazımdır. 10 gündən sonra təzə zəncəfilin üzərini qaşıqla qaşıyıb soyduqdan sonra təzə reyhanla birlikdə ət maşından kçirib hamısını birlikdə bala qarışdırıb daha sonra limon şirəsinidə qarışdırıb  soyuducuya qoyursunuz. Gündə 1 dəfə qarışdırmaq şərtilə soyuducuda saxlayırsınız 3 cü günündən sonra istifadə edə bilərsiniz. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl (mədə problemi olanlar yeməkdən 2 saat sonra)1-2 xörək qaşığı yarım vəya bir stəkan suya qarışdırıb içə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.