Faydalı qidalanma: Pomidor-sarımsaq əzməsi

pomidor-sarımsaq

Yay fəslində hamımız qış üçün tədarük görürük, bunun üçün bəzi tərəvəzləri konservləşdirmək lazım olur. Konservləşdirmə zamanı əsasən tərəvəzlər bişirilir və sonra konservləşdirilir, amma bəzi məhsulları bişirmədən konservləşdirib onların faydalığını tam saxlaya bilərik.

Lazım olanlar:

  • Pomidor 1 kq
  • Sarımsaq bir baş (diş yox)
  • Qırmızı bibər 3 ədəd.

Deməli saydığım ərzaqların qabığını soyun, ət maşınından keçirib şüşə bankalara doldurub, ağzını kip bağlayıb soyuducuya qoyun. Xatırladım ki, çox dadlıdır demək olar bütün yeməklərin yanında yeyilə bilir və olduqca faydalıdır. Salat qan dövranını tənzimləyir, damarların mənfəzini genişləndirir, ürək xəstəliyindən əziyyət çəkənlər üçün faydalıdır. Öd istehsalını artırır bununla da öd durğunluğunu, ağız acılığını aradan qaldırır. Xərçəngdən qorunmaq üçün faydalı bir qida vasitəsidir, çünki tərkibindəki likopen adlı maddə xərçəng əleyhinə çox güclü antioksidantdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.