Frontit, haymorit və şəkər əleyhinə dəfnə yarpağı

dəfnə yarpağı

Dəyərli dostlar, dəfnə yarpağı şəkər əleyhinə vasitə kimi 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Bu şəkildə hazırlanan dəmləmə yüksəlmiş şəkəri normallaşdırır və qanda şəkər səviyyəsinin sabit qalmasını təmin edir. Xatırladım ki, müalicəni 20 gün edəndən sonra ən azı 20 gün fasilə vermək lazımdır.

Haymorit və frontit əleyhinə bişirmə isə belə hazırlanır: 2 xörək qaşığı doğranmış dəfnə yarpağı 1 stəkan suda vam odda qaynadılır, qalın parça və ya dəsmal başa örtülür və 15 dəqiqə qaynayan dəfnəli su buxarı ilə burunla nəfəs alınır. Yaxşı olar ki, bu müalicə ən azı 10 gün aparılsın. Prosedur müddətində otaq isti olmalı, axşam saatlarında etdikdə səhərə qədər evdən çıxılmamalıdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.