Həcəmət (hicama) faydaları haqqında ətraflı məlumat

hicama faydaları

Hicama haqqında zaman zaman yazılarımız olsada insanlarımızın bu müalicə vasitəsinə çox ehtiyyacı vardır. Tibb unversitetində hicama müalicəsi haqqında məlumat verilmir, demək olar ki,  həkimlərimiz hicama ilə məşğul olmurlar yalnız həvəskarlar bu işlə məşğul olur və bəzən yanlışlıqlar ola bilər. Hicama Allahın bizə verdiyi ən böyük nemətlərdən biridir, bundan sağlamlığımız üçün istifadə etməliyik. Bu yazımda və bundan sonrakı yazılarımda dərindən məlumatlar verəcəm inşAllah, hicama vasitəsilə bədənin təmizlənilməsi, hicamanın qoyulma qaydaları, hansı zamanlarda qoyulmalıdır kimi məlumatlar olacaq inşAllah. Bildiyimiz kimi hicama adi banka vasitəsilə qanın bədəndən xaric olmasıdır, bu adi bir prosedur olmasına baxmayaraq olduğu qədər faydaları vardır. Hicamanın baş dərisindən tutmuş dırnaqlara qədər faydaları vardır. Hicama ilə bədəndən xaric olan qan dəri altında və toxumalarda qan dövranının işinə mane olan hissəciklərlə doludur. Bunlar haqqında geniş yazacam İnşAllah daima hicama etdirən insanların qan dövranında problem olmaz, belə insanlar infarkt, insult, ateroskleroz, yüksək qan təzyiqi, ürək döyünmələr, ürəyin aritmiyası kimi xəstəliklərə tutulmazlar. Başdan edilən hicama baş dərisinin mübadiləsini yaxşılaşdırır, saç tökülməsinin qarşısını alır, miqren ağrılarını tamamilə müalicə edir, beyin qan dövranını yaxşılaşdırır, baş ağrılarını, göz təzyiqini aradan qaldırır, beyin şişlərinin müalicəsində hicama əvəvzolunmaz bir müalicə vasitəsidir. Hicama etdirən insanlar skleroz (yaddaşsızlıq) xəstəliyinə tutulmazlar, alın və haymor ciblərinə yığılıb qalmış irinli infilrtatların təmizlənilməsində və müalicəsində hicama əvəzolunmaz müalicə vasitəsidir. Daimi allergiyadan və rinitdən əziyyət çəkən insanlar üçün hicama mütəmadi olunmalıdır, başdan edilən hicama əzbərləmə keyfiyyətini artırır, yaddaş və diqqəti gücləndirir, unutqanlığı aradan qaldırır. Ensefalit xəstələri üçün hicama olduqca faydalı bir müalicə vasitəsidir. Üzdə əmələ gələn sızanaqlar, səpgilər və aknelərin müalicəsində başdan və kürəkdən edilən hicama əvəvzolunmazdır. Başdan edilən hicama üz dərisini gözəlləşdirir, sifəti allandırır dərialtı qan dövranını yaxşılaşdırdığı üçün sifətdə əmələ gəlmiş sarılığı aradan qaldırır. Tək başdan edilən hicamanın faydaları haqqında tam yazmasamda hər halda nə qədər effektli bir müalicə vasitəsi olduğu artıq məlumdur.

Hicama niyə bu qədər faydalıdır?

Çünki hicama ilə bədəndən xaric olunan qan insanda yeni qan yaranmasını sürətləndirir, bədənimiz özü özünə bir neçə vasitələrlə təmizləyir. Məsələn: sidiklə, nəcislə, tərlə, az miqdar ağız suyu ilə amma aşağıda saydığım zərərvericilərdən isə yalnız hicama ilə təmizlənilmək olar. Hicama kapilyar qan dövranını yaxşılaşdırır. Bildiyimiz kimi böyük qan damarları sonda kiçik kapilyarlara qədər parçalanırlar ki, sonda əlimizə batan iynə belə qan çıxmasına səbəb olur, çixan qan isə partlamış kapilyarlardır. Deməli kapilyarların mənfəzləri çox kiçikdirlər, hicama damar daxilinə yığılıb qalmış xolesterini, triqliseridləri, lipidləri, sorulmamış yağ cisimciklərini, tromblaşma əmələ gətirən ölü hüceyrələri, ömrünü başa vurmaqda olan formasını dəyişmiş qan cisimcikləri, doymuş və doymamış yağ turşuları, ağır metal duzlar (hansı ki, indiki meyvələrdə daha çoxdur, həddindən artıq kübrələr hesabına), sərbəst radikallar (hansı ki, gələcəkdə xərçəng əmələ gətirməsinə səbəb olurlar) uzun sürən xəstəliklərdən və mexaniki zərbələrdən sonra əmələ gəlmiş infiltrat kütləsini oynaqlarda, osteoxondroza səbəb olan kalsinatlar, soyuqdəymələrdən iltihabi xəstəliklərdən sonra əmələ gəlmiş iltihablanmış qanın xaric edilməsi, əzələ köklərində bağ aparatlarının iltihablanması nəticəsində əmələ gəlmiş mayenin xaric edilməsi, maddələr mübadiləsi nəticəsinin sonunda əmələ gəlmiş süd turşularının bədədndən xaric edilməsində, yüksəlmiş şəkər zamanı toksiki qanın bədəndən xaric edilməsi yüksəlmiş şəkərin aşağı düşməsinə səbəb olur. Şəkər xəstəliyi zamanı pozulmuş qan dövranın bərpası üçün hicama olduq qədər faydalıdır, bildiyimiz kimi şəkər xəstəliyi zamanı maddələr mübadiləsi pozulur, damar mənfəzləri daha tez tutulur,(yaqin ki, çox eşitmisiniz filankəsin şəkəri var idi ayağına nəsə batdı ayağını kəsdilər) qan dövranı pozulmaları tez- tez olur, hicama bu zaman əvəzolunmaz bir nemətdir. hələ hamısını saymadığımız  zərərvericilər illərlə bizim bədənimizdə bizimlə birlikdə yaşamaqdadırlar, bütün bunlardan yaxa qurtarmaq üçün hicama əvəzolunmaz bir nemətdir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.