Həzrəti Əlinin (Allah ondan razı olsun) zəkası

işbə böhtan

Bir gün bizdə  işdə belə bir hadisə oldu. 4 usta birlikdə işləyirdi bunlardan biri gəldi ki, bəs o biri ustalar mənim cibimdən 200 manat pulumu oğurlayıblar. Onlar da and aman edirlər ki, xəbərimiz yoxdur. Dedim mən İnşallah bu işi çözəcəm. Yadıma Həzrəti Əlinin belə hadisələrdə verdiyi qərarlar yadıma düşdü və çox rahatlıqla məsələ həll olundu.

Əvvəlcə pulu oğurlanan adamdan soruşdum, pulu hardan almısan? Dedi borc almışam. Dedim aldığın adam burdadırsa çağır, burda deyilsə nömrəsini ver danışmaq istəyirəm və bu adamdan soruşdum ki, borcu harda, saat neçədə və necə pullarla verilib, deməli bu adam necə dedisə yazdım altından qol çəkdirdim sonra borc aldığı adama zəng etdim. Bu sualları ona da verdim və tamamilə bir-birinə tərs cavablar eşitdim. Deməli adam öz iş yoldaşlarına böhtan atırmış. Sonda ağlamağa başladı ki, guya ehtiyacım vardı belə etdim amma biz onu işdən çıxardıq.

Çünki böhtan atdığı insanlarda heç də ondan imkanlı deyildilər. Xatırladım ki, Həzrəti Əlinin yüzlərlə belə məsələrə aydınlıq gətirəcək fikirləri vardır, zaman-zaman bunları diqqətinizə çatdıracağam inşAllah.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.