Namazın sağlamlığa faydası

Namazın faydaları

Namaz zamanı edilən hərəkətlərin orqanizm üçün çox faydalı olması artıq dünya alimləri tərəfindən qəbul edilmişdir. Hər oturuş zamanı ayaqlarda ləngiyib toplanan qan bədənin müxtəlif nahiyələrinə yayılır. Oynaqlarında revmatizm olanlar qanın qovulması və yeni qanın əmələ gəlməsilə bu xəstəlikdən azad ola bilər. Hər səcdə vaxtı alın nahiyəsinin yerə toxunması beynin yuyulması və qan dövranının yaxşılaşması deməkdir. Əgər insan gün ərzində sünnətlər qarışıq bütün namazlarını qılsa, onun beyni düz 80 dəfə yuyular. Bu da skleroz kimi xəstəliklərin qarşısını alır. Beyin qan dövranı yaxşılaşır, görmə itiləşir, diqqət artır yaddaşsızlıq aradan qalxır. Namaz zamanı oynaqların tam qatlanması artroz xəstəliyinin qarşısını alır, rükuda bədənin 90 dərəcə bükülməsi isə bel və çanaq oynaqları üçün faydalıdır.

Sonda onu qeyd etmək istəyirəm ki, namaz təkcə bədənə faydasına görə deyil, bir insanlıq borcu olaraq tələsmədən, aramla qılınmalıdır. Belə namaz həm də ən yaxşı əsəb sakitləşdiricidir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.