Qaymaqlı, ballı, qozlu şirniyyat

qozlu ballı qaymaqlı

Gündən-günə artmaqda olan sənayeləşmə bizim həyatımıza elə bir qədəm basmışdır ki, təbii və faydalı şirniyyatlarımız arxa plana keçmişdir. Marketlərimizdə bir-birindən bəzəkli qablaşmada konfetlər, şokoladlar, paxlavalar zaman-zaman bizlərə təbii şirniyyatları unutdurmuşdur. Yazdığım bu şirniyyat çox ləzzətli olmaqla bərabər həm olduqca faydalı bir şirniyyatdır. Çox enerjilidir. Halsızlıqdan, zəiflikdən, yaddaşsızlıqdan əziyyət çəkənlər üçün çox faydalıdır. Şirniyyatın qan azlığında, təzyiq düşməsində və aşağı olanda, cinsi zəiflikdə istifadə edilməsi çox faydalıdır.

Lazım olanlar və hazırlanılma qaydaları: Deməli 3-4 litr təbii kənd südü bişirilir, gözlənilir 1-2 gündən sonra südün üstünə qaymaq çıxacaqdır, oxloy ilə qaymağın altından qaldırdıqca qaymaq lavaş kimi (paltar məftilə sərilən kimi oxloya qaymaq səriləcəkdir) qaldırıb, oxloyun hər iki tərəfindən asılı məftilə bağlayıb 2 gün gözləmək lazımdır ki, qaymaq qurusun, qaymaq quruduqdan sonra üstünə nazik qatla bal sürtülüb 2-3 santımetrlik dördbucaqlı və ya romb kimi doğranılır, üstünə üyüdülmüş qoz, fındıq vəya badam əzməsi tökülüb servis edilir. Şirniyyat həm tək olaraq, həm də çayla içiləndə çox ləzzətli olur. Ən azı həyatda bir dəfə dadına baxmaq lazımdır.

Lazım olanlar və hazırlanılma qaydası:

Deməli 3-4 litr təbii kənd südü bişirilir, gözlənilir 1-2 gündən sonra südün üstünə qaymaq çıxacaqdır, oxloy ilə qaymağın altından qaldırdıqca qaymaq lavaş kimi (paltar məftilə sərilən kimi oxloya qaymaq səriləcəkdir) qaldırıb, oxloyun hər iki tərəfindən asılı məftilə bağlayıb 2 gün gözləmək lazımdır ki, qaymaq qurusun, qaymaq quruduqdan sonra üstünə nazik qatla bal sürtülüb 2-3 santımetrlik dördbucaqlı və ya romb kimi doğranılır, üstünə üyüdülmüş qoz, fındıq vəya badam əzməsi tökülüb servis edilir. Şirniyyat həm tək olaraq, həm də çayla içiləndə çox ləzzətli olur. Ən azı həyatda bir dəfə dadına baxmaq lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.