Sağlamlıq Xəstəliklər

QIRMIZI QURD EŞƏNƏYİ

QIRMIZI QURD EŞƏNƏYİ

 
Sistemli qırmızı qurd eşənəyi autoimmun sistem xəstəliyi olub, insan 
bədənində immun sistemin normadan dəfələrlə çox yüksəlməsi ilə
müşahidə olunur. Normadan çox yüksəlmiş immun sistem insan 
orqanizmində bəzi toxumaların dağılması ilə müşahiudə olunur, beləki insan 
toxuması killer hüceyrələrin qurbanlarına çevrilir. Xəstəliyin gedişatı əsasən 
dəridə qırmızı ləkələrin əmələ gəlməsi, böyrəklərdə patologiyalar 
(qlomerulonefrit), qanda laxtalanmanın yüksəlməsi, anemiya əlamətləri, 
ürəkdə perikardit (pərdənin iltihabı), uşaq salmalar (qanda laxtalanma 
hesabına) kimi əlamətlərlə özünü göstərir. Xəstəliyin gedişatına müsbət və
mənfi mənada təkanlar ola bilər. Məsələn kimyəvi dərmanların nizamsız 
qəbulu xəstəliyin gedişatını ağırlaşdıra bilir. Müalicə sistemi hüceyrələrin 
dağılmasının qarşısını alan və hüceyrə bərpasını sürətləndirən sistemlərə
əsaslanaraq müalicə sistemi qurulmalıdır. 
Reseptlər
1. Zəyərək yağı 500 ml
Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı içməli. (Əgər çox ishal 
versə yarım çay qaşığı edə bilərsiniz)
2. Çobanyastığı 500 qram
2 orta xörək qaşığı 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən 50 
dəq əvvəl 1 stəkan içmək lazımdır. 
3. Güldəfnə 400 qram
Sarıkök 400 qram
Bitkiləri toz formasında bir birinə qarışdırıb gündə 3 dəfə yeməkdən 40 
dəq əvvəl 1 çay qaşığı 1 stəkan qaynar suya qarışdırıb ilıq olana 
gözləməli sonra süzüb azca bal ilə şirinləşdirib içməli. (sitostatik təsir 
yəni hüceyrəyeniləyici)
4. Alma sirkəsi 3 litr 
Bal 1 kq
3 stəkan suya 2 orta xörək qaşığı alma sirkəsi 1 çay qaşığı bal qarışdırıb 
gün ərzində su kimi içməli. (laxtalanmanın qarşısını almaq üçün) 
5. Arı sancması müalicəsi. Müalicədən əvvəl allergiya qarşısını alan 
preparatlarla təmin olunmalısınız məsələn prednizolon , dimedrol iynə
və sair. əgər arı sancmasından sonra allergik əlamətlər olsa təcili tədbir 
görməlisiniz. Arı sancması müalicəsi 10 gün gündə 1 ədəd arı daha 
sonrakə 10 gündə 2 ədəd arı sancması, daha sonrakı 10 gündə 4 arı 
sancması və daha sonrakı 10 gündə isə gündə 5 ədəd arı sancması 
müalicəsi almalısınız. Arılar akupunktur nöqtələrinə qoyulmalıdır. 
Nöqtələrin dəqiq yerini internetdən baxa bilərsiniz.
 

1,994
Paylaş: