Sonsuzluqla bağlı problemlərdə tamponlar

Sonsuzluqla bağlı problemlər

Həm tibbi həm də sosial problem olaraq “sonsuzluq” müasir təbabətin ən aktual tətqiqat obyektidir. Bu, bildiyimiz kimi müxtəlif səbəblərdən yarana bilər. Əgər problem qadınla əlaqəlidirsə  ilk öncə  iltihabi problemlər aradan qaldırılmalıdır. Bunun üçün qadınlara çilədağ bitkisi tamponundan istifadə edilməsini məsləhət görərdim. Çilədağı (Eremostachys) bitkisi iltihabəleyhinə  və stimullaşdırıcı təsirə malikdir. Borulardan biri tutulanda çilədağı bitkisi ilə tampon qoyulması çox effektiv təsir verir.

15 qram çilədağ bitkisi sürtgəcdən keçirilir, tənzifə bükülür və uşaqlıq yoluna yeridilir. Proseduru 20 – 25 gün  2 saat etmək lazımdır.  Daha sonra hamiləliyi tezləşdirmək məqsədi ilə 1 çay qaşığı xurma tozu və 1 çay qaşığı bal götürülür və qarışdırılır.  Daha sonra şpiris vasitəsi ilə uşaqlıq yoluna yeridilir. Prosess hər cinsi aktdan yarım daat öncə tətbiq olunur. Əgər spermaların sayını artırmaq məqsədi ilə müalicələr aparılmasına baxmayaraq, bu say normaya çata bilmirsə onda bu üsuldan istifadə edə bilərsiniz. Həmin mühitdə spermaların zəifliyi hiss olunmur. Ümumiyyətlə, xurma poleninin gonadotropin hormonlarının sintezinə təsiri, bədənin sonsuzluq müalicəsində bu bitki tozunun istifadəsini təsdiqləməkdədir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.