Təbii tük tökücü və tüklərin nazikləşməsi üçün reseptlər

tük tökücü

Bugün lazımsız tüklərin təmizlənilməsi üçün bir çox vasitələr olmasına baxmayaraq yenə də təbii və ziyansız üsulların istifadəsinin yeri var. Bu resept Misirdə çox istifadə olunur, həm də hamının hazırlayıb istifadə edə biləcəyi bir reseptdir.

Lazım olanlar:

2 stəkan şəkər tozu, 4 ədəd limonun şirəsi. Şəkər tozunu kiçik qazana tökün, üstünə limon şirəsini əlavə edin, elə edin ki, şirə şəkərin üstünə çıxsın, çıxmasa, su əlavə edin, sonra vam oda qoyun, qaynara düşdükdə 1 dəqiqədən artıq qaynatmayın və oddan götürün. Çox qaynayanda təsiri azalır, yenidən hazırlamaq lazım olur. Soyudun və istənməyən tüklərin üstünə tərsinə çəkin. 20-30 dəqiqə sonra ilıq su ilə yuyun, tüklər töküləcək. Bundan sonra çıxan tüklər isə cod olmayacaq.

Bəzən qalın tüklər xanımlar üçün problem törədir, bunun çox sadə bir əlacı vardır. Yarım stəkan sarıkök tozunun üstünə xəmir kimi olana qədər qaynar su əlavə edin və bu maskanı qalın tüklərinizin üstünə çəkin. 20-25 dəqiqə saxlayıb yuyun, bunu gündə 1 dəfə istədiyiniz ölçünü alana qədər edin. Xatırladım ki, sarıkök antioksidantlarla zəngindir və dəri üçün faydalıdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.