Təbii vitamin mənbəyi – Quşarmudu meyvəsi

Quşarmudu meyvəsi - Pixabay

Bugün artıq bütün dünya təbii vitamin mənbələrinə üstünlük verməyə başlayıb, çünki təbii vitaminlərin insan orqanizminə heç bir əlavə təsirləri yoxdur. Süni üsulla alınmış vitaminlər isə ağır fəsadlara səbəb olmaqdadır. Məsələn, süni vitaminlərin müntəzəm qəbulundan sonra böyrəklərdə daş, damar keçiriciliyinin həddən çox artması, beyin xərçəngi və s. hallar baş verə bilər.

Quşarmudu meyvəsinin faydaları

Əgər sizdə yorğunluq, halsızlıq, iştahasızlıq, xəstəliklərə qarşı dözümsüzlük və s. varsa, mən sizə quşarmudu meyvəsini dəmləyib içməyi məsləhət görürəm. Nəyə görə məhz quşarmudu? Quşarmudu meyvəsinin tərkibi o qədər zəngindir ki, oxumaqla belə qurtara bilmirsən. Tərkibində C, B1, B2, P, PP, E, K vitaminləri, kalium, kalsium, flavonoidlər, dəmir, mis, sink, yod, manqan, rutin, saponinlər, qlükoza, fruktoza, qlikozidlər və s. maddələr mövcuddur.

Nəzərə alsaq ki, hazırki dövrdə xəstəliklər gündən-günə artıb çoxalır, onda bu meyvəyə nə qədər ehtiyac duyulduğu aydın olur. Quşarmudunun əsəb sakitləşdirici effekti də var. Yüksək qan təzyiqi, yüksək xolesterini salır, revmatizm əleyhinə təsir göstərir. Podaqra düyünlərinin əridilməsi üçün əla vasitədir. Uşaqlarda vitaminsizlikdə, iştahasızlıqda əla nəticə verir. Dəmləməni balla qarışdırıb içəndə həm dadlı olur, həm də effekti bir qədər də artır. Vitamin tərkibinə görə sitrus meyvələrindən 20 dəfə üstündür.

Quşarmudu meyvəsi necə qəbul edilir

Quşarmudu meyvəsini daha effektli olsun deyə belədə edə bilərsiniz deməli 250 qram qurudulmuş quşarmudu meyvəsini üyüdüb toz kimi edib 1 kq bal ilə qarışdırın gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyin.

Və ya 500 qr quş armudu meyvələrini 300 qr bal götürürsünüz. Quş armudu meyvələri təzə olmalıdır. Əvvəlcə onları yuyursunuz, 20 dəqiqə suda saxlayırsınız, suyu boşaldıb, meyvələrin üzərinə bu dəfə qaynar su tökürsünüz, 1 dəqiqədən sonra suyu boşaldıb, prosesi təkrarlayın. Meyvələr yumşalacaq, daha sonra balla qarışdırın. Qarışımı otaq temperaturunda saxlayın. Hazırladıqdan sonra istifadəyə başlayın.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.