Uşaqlarda cırtdanboyluluq

uşaqlarda cırtdanboyluluq

Uşaqlarda cırtdanboyluluq haqqında geniş yazılar dərc olunsa da çox qeyri-adi və effektli bir resepti nəzərinizə çatdırmaq istəyirəm. Hətta həftədən-həftəyə uşağın boyunda artımı sürətləndirən bu resept qanazlığından, iştahasızlıqdan, yorğunluqdan əziyyət çəkənlər üçün də faydalıdır.

Böyüklər üçün yarım stəkan, uşaqlar üçün üçdə bir stəkan güldəfnə toxumu götürülür, 1 gün adi suda isladılır, suyu süzülərək dayaz boşqaba yayılır (səməni kimi), üstünə 2 qat qatlanmış yaş tənzif sərilir. İki gündən sonra toxumlar cücərir. Cücərmiş güldəfnə toxumları axar su altında yuyulur və gün ərzində acqarına yeyilir. Bunu 1 ay müddətində hər gün yemək lazımdır.

Dadı bir qədər acı olduğundan yeyilməsi çətinlik törədə bilər. Belə halda onu salatlara qarışdırmaq və ya üstünə bal əlavə edərək yemək olar. Güldəfnə cücərən zaman onun orqanizmin hormonal balansına təsiri artır. Üstünə bal və ya xama əlavə edib yeyildikdə iştahagətirici təsiri daha güclü olur.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.