Uzun müddətli faringit zamanı və səsi gözəlləşdirmək üçün nə etməli?

faringit səs düzəltmək

Faringit xəstəliyi olanlar uzaqdan seçilir, onlar hər dəqiqə boğazlarını artılayırlar, həm özləri utanırlar, həm də ətrafdakılar narahat olurlar. Bu xəstəliyə həm də müəllim xəstəliyi deyirlər, çünki müəllimlər çox danışdığından onlarda da faringit ola bilir.

Müalicə üçün bu qarışımdan istifadə edə bilərsiniz: 1 çay qaşığı udi hindi 1 stəkan qaynar suya qarışdırılır, 5 dəqiqə sonra 1 çay qaşığı bal əlavə olunur. Bu qarışım gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Bəzən bu  müalicəni yazanda gündə 3 dəfə içilən bu dəmləmənin birini süd ilə dəmləyib içilməsini məsləhət görürəm, məsələn axşamlar su əvəzinə süd istifadə edəndə həm də dərin yuxu əmələ gəlməsinə səbəb olur, süd sudan fərqli olaraq daha yaxşı yumşaldıcıdır.  Müalicə müddəti 10 günlə 20 gün arası çəkə bilər. Bu qarışımdan müğənnilər də istifadə edə bilərlər, çünki səsi gözəlləşdirir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.