Varikoz damarlar üçün məsləhətlər

varikoz

Damar tutulduqda əvvəlcə dopler etməyinzi məsləhət görürəm. Dopler etdikdə nəyə diqqət yetirilməlidir? Hər bir venoz damarın özünün müəyyən məsafələrdən bir, qeriyə axmaması üçün qapaqlıqlar olur. Əgər o qapaqlıqlarda zədələnmə tam olubsa, buda çox nadir hallarda olur, qismən olubsa onu müalicə eləmək olur. Sofora bitkisi damarların elastikləşməsinə yaxşı təsir edir, Safora bitkisi rutinlə zəngin bir bitkidir, rutin suda çox zəif həll olduğundan spirtli dəmləmə hazırlanmalıdır, beləki 100 qram safora meyvələri qurudulandan sonra 500 qram 70 dərəcəli spirtin içərisində 20 gün saxlanılmalıdır gündə 1 dəfə qarışdırmaq lazımdır, 20 gündən sonra gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı 1 stəkan suya qarışdırıb içmək lazımdır, əgər tərkibində spirt olduğu üçün qəbul etmək istəməyən insanlar üçün həmin 500 qramlıq dəmləməyə 1 xörək qaşığı sirkə anası və ya 200 qram təbii alma sirkəsi 200 qram bal qarışdırıb ağzı tam qapalı olmayan şüşə balona töküb 1 ay tempraturu 25 dərəcədən çox olan otaq şəraitində saxlasanız, dəmləmənin tərkibindəki spirt sirkələşəcəkdir yəni içmək halal olacaqdır.  Varikozlar üçün  gündə 3 dəfə sofora dəmləməsini içmək olar, amma suda dəmləmə spirtli dəmləmə kimi effektli olmur sofora öksəotu qarışımı da içə bilərsiniz. Məsələn, 100 qram sofora, 100 qram öksəotunu qarışdırıb gündə 3 dəfə 1 çay qaşığı 1 stəkan suda dəmləyib için. Müalicə 2 ay davam edir. Damarları təmizləyir, elastikləşdirir, qan dövranını yaxşılaşdırır, əl ayaq soyuqluğunda faydalıdır.

Alma sirkəsidə yaxşı təsir göstərir. Bəzi insanların təzyiqi aşağı olur buna görədə alma sirkəsini içməkdən imtina edirlər. Bu halda 1 xörək qaşığı alma sirkəsini 1 çay qaşığı bal ilə 1 stəkan suda qarışdırıb gündə 2 dəfə yeməkdən 2 saat sonra içmək olar. Müalicə 3 ay davam edə bilər. Bundan başqa yaxşı olar ki, hər axşam ayaqları alma sirkəsi ilə 10-15 dəqiqə masaj edəsiniz, sonra ayaqları qaldırıb silkələyin. 1-2 ay etdikdə yaxşı təsir göstərəcəkdir. Hicama yəni varikoz damarlar ətrafına banka qoyub qan alınması çox yaxşı təsir göstərir. Hicamadan sonra ayaqlardakı ağrılar və şişkinlik aradan qalxır damarların hərəkət funsiyası normallaşır. Hicama şişmiş varikoz damarlar ətrafına qoyulmalı varikozun tutduğu sahədən asılı olaraq həftədə 3-6 ədəd olmaqla 1 ay müalicə aparıla bilər bankaların sayı qan göstəricilərindən asılıdır beləki əgər qanda hemoqlobulin normaldırsa qan təzyiqi aşağı deyilsə həftədə 6 ədəd balaca bankalarla işləmək olar. Cəmi 4 həftəyə damar ətraflarına 24 ədəd banka qoyub qan aldıqdan sonra 10-15 gün fasilə verib zəli müalicəsinə başlaya bilərsiniz.  Əgər təzyiq və hemoqlobin normadadırsa onda həftədə 8 ədəd, damraların ətrafına, zəli qoymaq olar. Ümumi 42, 48 və daha çox zəli qoyula bilər. Müalicəni ildə 2 dəfə aparmaq olar, deyərdim ki, hər bir pasiyentim bu müalicədən sonra ümumi bir rahatlıq tapmış ağrılar tamailə aradan qalxmış böyümüş varikoz damarların 50 faizi normallaşmışdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.