Xəstələndikdə toyuq şorbası için

toyuq şorbası

Sağlıqla bağlı nə qədər reseptlərimiz olsada sağlamlıqda dinimizin və Peyğəmbərimizin (Allahın salat və salamı üzərinə olsun) bizlərə tövsiyyə etdiyi qidaların bambaşqa bir ləzzəti vardır. Çünki həm qidalanırıq, həm də ruhumuzu qidalandırmış oluruq, yəni sünnətə uymaq həm də ruhu qidalandırmaq deməkdir. Bizlər nə qədər İvanın, Andreyin hansısa bir Conun tövsiyyə etdiyi qidaları yedikcə yalnız bədənimizi qidalandırırıq. İnsan 2 hissədən ibarətdir: ruh və cism. Ruhu qidalanmayan insanın cismi nə qədər qidalansada o insanda yalnız heyvani düşüncələr inkişaf edər. İnsan nədən ötrü yaşadığını, nədən ötrü qidalandığını, hardan gəlib hara getdiyini bilməlidir. Peyğəmbərimiz (Allahın salat və salamı üzərinə olsun) belə demişdir: “Şübhəsiz ki, dünyada insanlara iman və sağlamlıqdan başqa qiymətli heç nə verilməmişdir və dalınca bunları Allahdan davamlı istəməmizi tövsiyyə etmişdir. (Musned 1/8)”

Xəstələr üçün ən qiymətli qida quş ətidir, toyuq da quş cinsindəndir. Peyğəmbərimiz (Allahın salat və salamı üzərinə olsun) belə demişdir: “Allah möminlərə cənnətdə müxtəlif quş ətləri ikram edəcəkdir. Sən cənnətdə bir quşa baxar və arzu edərsənsə həmin quş istədiyin formada bişirilib süfrəndə olacaqdır. (İbni Kəsir 4/287).”

Toyuq ətinin həzmi asandır mal və ya qoyun əti ilə müqayisədə daha rahat həzm olunur, həzm olunmaq üçün bədən çox enerji xərcləmir biz xəstəlindikdə və xəstəliklərdən sonra bədən zəifliyində toyuq şorbası ilə qidalanmalıyıq ki bədənimiz enerji itirmədən qüvvətlənə bilsin. Toyuq əti zəkanı gücləndirir, mənini artırır, səsi gözəlləşdirir və qan yaradıcıdır. Toyuq şorbasını hazırlayanda yaxşı olar az kərə yağında 1-2 xörək qaşığı qovrulmuş un 1-2 diş çəkilmiş sarımsaq, 2-3 xörək qaşığı düyü zövqə görə müxtəlif ədviyyatlar əlavə edib bişirəsiniz. Xatırladım ki, xəstələr toyuq şorbasını çörəksiz olaraq içməlidirlər. Sonda onuda vurğulayım ki, həqiqətən xəstə üçün toyuq şorbası qədər ikinci bir faydalı qida görmədim.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.