Xəstəliklərin banisi – stulda oturmaq

stulda oturmaq

Keçmişdə babalarımız, nənələrimiz həmişə yerdən oturar, yeməklərini də yerdə oturub yeyərdilər. Bu, əsl sağlamlıq idi. Çünki yerdən oturanda oynaqlar tamamən qatlanır, belə insanların oynaqlarında duzlaşma və artrozlar olmur, babasil kimi xəstəliklər belə adamlarda nadir hallarda olur, bədəndə qan yaxşı dövran edir, varikoz xəstəliyi olmur, beyin qanla daha yaxşı təchiz olunur, hətta türk tipli tualetdən istifadə edən insanlarda babasil xəstəliyi olmur.

Bütün bunların əksinə stulda oturanda qan ayaqlarda depolanıb qalır, bədənə yaxşı paylaşa bilmir, beynin qidalanması zəifləyir, ürəkdən çıxan qan normal şəkildə geri qayıda bilmir, oynaqlar tam qatlanmadığından hərəkət məhdudiyyətləri əmələ gəlir və artrozlar başlayır.

Kiçik uşaqlara fikir verin, biz valideynlər məcbur etməsək onlar heç vaxt özləri stulda oturmazlar.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.