Yerini isladan uşaqlar üçün resept (Enurez)

enures enuresis yerinə islatmaq

Mənim bu barədə daha əvvəllər bir paylaşmam olub və nəzərə alsaq ki, çox çətin müalicə olunan bir xəstəlikdir, onda bunu da əlave etmək olar.

Deməli 1 kq iydə quru ve sağlam olmalıdır, kofemolkoda qabıqları və tumları ilə birlikdə üyüdülüb (əgər tumları üyüdə bilmirsinizsə problem yoxdur, tumsuz da olar)  toz formasına salınır, sonra 5 yaşdan aşağı uşaqlara gündə 2 dəfə yarım çay qaşığı bu tozdan götürüb bir stəkan kənd südündə 2 dəqiqə qaynadın. Soyudub uşaqlara səhər-axşam içirdin, 5 yaşından böyük uşaqlara gündə iki dəfə bir çay qaşığı bir stəkan süddə 2 dəqiqə bişirib verə bilərsiniz. Müalicə müddəti 1 aydır.

Sonda xatırladım ki, bu müalicəni hicama (yalnız beldən 4 ədəd)  və ud hindi müalicəsi ilə birlikdə də apara bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.