Zəyərək və Çia toxumu qarışımı

zəyərək və çia toxumu

“Heç bir insan mədəsindən daha təhlükəli bir qab doldurmamışdır..

Muhamməd Peyğəmbər (ﷺ)

Zəyərək və çia qarışımı insanların qidalanma forması bağırsaq mikroflorasına böyük təsir edir. Müasir dövrdə insanlar çoxusu ya düzgün qidalanmır və ya hər nə gəldi sadəcə yaşamaq naminə qidalanırlar, azhərəkətli həyat tərzi sürür və bunun nəticəsində bağırsaqların perestallikası zəifləyir, normal boşalmır, qəbizlik yaranır və nəticədə həzm oluna bilməyən qida qalıqları, şlaklar və s ziyanlı maddələr bağırsaq divarına toplanır. Zaman keçdikcə bu maddələr bərkiyərək nəcis daşlarına çevrilir. Nəcis daşlarının əmələgəlməsinə həm də bərk qida qalıqları, kalsiumun sorulmaması, iltihabi proseslər və çətinəriyən yağlar səbəb ola bilər. Nəcis daşları da bütün orqanizmi intoksikasiya edir – zəhərləyir.  Beləliklə, qaraciyərin, bağırsaqların, mədəaltıvəzin  və bir sıra orqanların funksiyası da pozulmuş olur. Qarında köp, ağırlıq yaranır, “səbəbsiz”  baş ağrıları meydana çıxır, immunitet zəifləyir, üz dərisində səpgilər əmələ gəlir. Qanda xolesterin və sələflərinin miqdarı artmağa başlayır. Əvvəlcə qanda böyük yağ kürəcikləri çoxalır ( buna səbəb bağırsaqların filtr qabiliyyətinin pozulmasıdır)  daha sonra piylənmə başlayır. 

Qarşısının alınması

Bunların qarşısını almaq üçün yaxşı olar ki, ilk növbədə gün ərzində yayda  2-3 litr qışda isə 1-2 litr  su içilsin, mütəmadi lifli – selüloza tərkibli qidalardan istifadə olunsun. Bunlardan biri də qidalı liflərlə zəngin olan zəyərək toxumudur, o bağırsaqlarda şişir və bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizə etməyə kömək edir. 1 çay qaşığı zəyərək 27 çay qaşığı suyu özünə hopdurmaq xüsusiyyətinə malikdir. Ondan həm də xroniki qastrit, mədə və onikibarmaq bağırsağın peptik xorası, xroniki enterit, kolit zamanı da müalicəvi vasitə kimi istifadə olunur. 

Eləcə də çia toxumundan da istifadə edə bilərsiniz. Hər ikisi lifli qurluşa sahib olmaqla yanaşı həm də omega yağ turşuları ilə zəngindir.  200 qr zəyərək toxumu 100 qr çia toxumuVə 1 kq bal götürülür. Üyüdülən toxumlar balla qarışdırılaraq gün ərzində 3 dəfə 1 desert qaşığı olmaqla qəbul olunur. Şəkərli diabet xəstələri və bala allergiyası olanlar qarışımı balsız toz formasında su ilə  istifafə edə bilər. Və ya bir stəkan kefirə bu qarışımın toz formasından 2- 3 çay qaşığı əlavə etməklə gün ərzində yeməkdən yarım saat öncə 1- 2 dəfə istifadə edə bilərsiniz. Qarışımın tərkibində olan liquam maddəsi şiş hüceyrələri əleyhinə güclü təsirə malik olduğundan  bu qarışım xərcəng xəstələri də üçün yaxşı qida sayıla bilər.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.